Zaurun verilişi bağlanır

zaurun-verilisi-baglanir
Oxunma sayı: 7706

ATV kanalında yayımlanan məşhur “Bizimləsən” proqramı efirlə vidalaşır. “Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin aparıcısı Zaur Baxşəliyev məlumat verib. 

O, verilişin ötən günkü buraxılışında “Bizimləsən”in bir neçə ay sonra bağlanacağını söyləyib: “Mayın sonu gəlsin, proqramı bitirəcəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Verilişdə yaşananlar mənə pis təsir edir, məhv oluram. Təzyiqim stabil olmur. Sadəcə öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacam”.