Zaxarçenkonun qətli ilə bağlı 1 nəfər saxlanıldı

zaxarcenkonun-qetli-ile-bagli-1-nefer-saxlanildi
Oxunma sayı: 2374

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun qətlə yetirilməsi ilə bağlı saxlanılan var.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Zaxarçenkonun sözçüsü Aleksandr Kazakovun sözlərinə görə, qısa zamanda aparılan geniş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.

Hazırda istintaq davam etdirilir. Terraktın hansı qruplaşma və ya kim tərəfindən sifarişlə törədildiyi bilinmir.