Zelenski dövlət saytında Poroşenkodan iz qoymadı

zelenski-dovlet-saytinda-porosenkodan-iz-qoymadi
Oxunma sayı: 1922

Ukraynanın prezident saytından keçmiş rəhbər Petro Poroşenko ilə bağlı məlumatlar silinib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Poroşenko” sözünün axtarışı üzrə saytda “Sorğunuza uyğun heç nə tapılmadı” cavabı gəlir. Saytda Poroşenkoya aid nə bir məlumat, nə də foto tapmaq mümkündür.

Bundan başqa, Poroşenkonun 21 may 2018-ci ilədək sərəncamlarından başqa, verdiyi bütün fərmanlar da saytdan silinib.