Zurabişvili azərbaycanlılar yaşayan kəndlərdə olub - Fotolar

zurabisvili-azerbaycanlilar-yasayan-kendlerde-olub
Oxunma sayı: 1246

Gürcüstan prezidenti Salome Zurabişvili Kvemo Kartl bölgəsinə səfəri çərçivəsində Marneuli rayonunun Dəmyə Gorarxı kəndinə baş çəkib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı kənddəki istixana təsərrüfatı ilə və orada çalışan insanlarla tanış olub.

S.Zurabişvili Kvemo Kartlidə kənd təsərrüfatının inkişafı ilə maraqlanıb və bölgənin inkişafında kiçik biznesin əhəmiyyətini vurğulayıb.

Prezident həmçinin Əzizkənd kəndinə də baş çəkib. Burada o, dövlətin dəstəyi ilə açılan “Hazır şitil” MMC-nin istixana təsərrüfatı ilə tanış olub.

30 nəfərin çalışdığı təsərrüfatın məhsulları yerli bazarda satışa çıxarılır. Müəssisənin yaradılmasına, ümumilikdə, 1,5 mln. dollardan çox vəsait xərclənib.