“Yeni Hayat” Şirkətlər Qrupu jurnalistləri öz layihələri ilə yaxından tanış etmək üçün press-tur təşkil edib. “Qafqazinfo”nun məlumatına görə, tədbirin məqsədi müxtəlif KİV nümayəndələrinin Şirkətlər Qrupunun layihələri ilə tanış edilməsi və ictimaiyyətin şirkətin ümumi fəaliyyəti haqqında məlumatlandırılması olub. Tədbirdə şirkət layihələrinin tikintisində görülən işlərin müasir səviyyəsi nümayiş etdirilib, ən yeni mühəndislik texnologiyalarının tətbiqinin prioriteti vurğulanıb.
Şirkətin baş ofisindən başlayan press-turda PR və Marketinq Şöbəsinin direktoru Nərgiz Rəfiyeva jurnalistlərə “Yeni Hayat”ın 14 il ərzində keçdiyi yoldan bəhs edib. O bildirib ki, 2002-ci ildə yaradılmış “Yeni Hayat” Şirkətlər Qrupu MMC bu gün Azərbaycanın tikinti bazarında ən öncül şirkətlərdən biridir: “Tam spektrda xidmət göstərən Şirkətlər Qrupu memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovative texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının isdifadəsiylə aparılan tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir”.
Qeyd edək ki, paytaxt Bakını bəzəyən Yeni Hayat Plaza, Yeni Hayat Residence, Azure Kompleks, Park Azure, Grand Hayat kimi müasir memarlıq nümunələri, eləcə də uşaqların sevimli məkanı olan Megafun və 7S brendləri Yeni Hayat Şirkətlər Qrupuna məxsusdur. Yüksək təbəqə üçün nəzəzrdə tutulan Park Azur isə yaxın bir aya təhvil veriləcək.
“Yeni Hayat” Şirkətlər Qrupu MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən, eyni zamanda müştərilərlə iş şöbəsinin rəhbəri Murad Arıxov həyata keçirdikləri layihələr, müştərilər barədə məlumat verib. Bildirib ki, əcnəbi müştərilər arasında çoxluğu İran və Rusiyadan olanlar təşkil edir. Müştəri problemi olmayan şirkətin daim onların məmnuniyyəti üçün çalışdıqlarını da qeyd edib.
Press-tur zamanı KİV nümayəndələri Yeni Hayat-ın digər layihələri, həmçinin orta təbəqə üçün nəzərdə tutulan Tbilisi prospekti, 1054 ünvanında yerləşən Grand Hayat yaşayış kompleksinin inşaat meydançasında aparılan tikinti işləri ilə də yaxından tanış olublar. Məlumat verilib ki, kompleksin ərazisində 24 yaşayış mərtəbəli 10 təkbloklu bina tikilir. 3 hektar ərazi yasıllığa, 1 hektar tikintiyə, 3 mərtəbəsi qeyri-yaşayış sahəsinə ayrılıb. Kompleks müasir və rahat həyat üçün tələb olunan hər bir elementlə təchiz olunub. Burada azyaşlı uşaqlar üçün təhsil mərkəzi, uşaq bağçası, əyləncə mərkəzi, qadın və kişi SPA salonları, fitness mərkəzləri və hovuzlar, kafe və restoranlar, həmçinin hipermarket, yeraltı avtodayanacaq fəaliyyət göstərəcək.
Tikinti işləri barədə məlumat verən Grand Hayat-ın layihə rəhbəri Rəhim Rəcəbovun sözlərinə görə, inşaat işlərinə ötən ilin may ayından başlanılıb və 2017-ci ilin sonunda təhvil verilməsi planlaşdırılır: “Səkkiz ballıq zəlzələyə davamlı olan binaların tikintisində yerli tikinti materiallarından istifadə olunur. İşlərin çox hissəsi görülüb. Mənzillərin sayı 1920-dir. İşçilərə gəlincə, hər birinin əmək müqaviləsi var. Üç növbəli 8 saatlıq rejimlə çalışan işçilərin burada istirahət etməsi, qidalanması üçün bütün şərait yaradılıb, işçilərin hər biri sığortalanıb. Tikintidə təhlükəsizlik məsələləri isə yüksək səviyyədə təmin olunub”.
Jurnalistlər həmçinin, Grand Hayat layihəsində mənzillərin satış şərtləri haqqında məlumatlandırılıblar. Satış qrupunun rəhbəri Pərviz Hüseynov deyib ki, bu gün Grand Hayat-da mənzil almaq istəyənlərin çoxu ipoteka kreditini seçirlər: “Hal- hazırda şirkətimizdə sərfəli ipoteka şərtləri var. 20 illik ipoteka şərtlərinə görə, ilkin ödəniş ümumi məbləğin 10%-i olmaqla illik 8%, effektiv faiz dərəcəsi isə 4,4% təşkil edir. Təməldən satış olanda ilkin olaraq, kupça verilmir. Cünki müqavilə əsasinda alqı -satqı olur. Bina tam təhvil verildikdən sonra kupça verilir. Təqdim edilmiş qiymətlər və rahat kredit şərtləri orta aylıq gəlirli ailələrə də paytaxtın mərkəzində mənzil əldə etmək imkanı verir”.
Devalvasiyadan sonra qiymətlərinin dəyişmədiyini vurğulayan P. Hüseynov əlavə edib ki, nəğd alış zamanı mənzillərin 1 kv.m qiyməti 950 manatdan baslayır: “Mənzillərin ölçüsü 64 kv.m-dən, 176 kv.m-ə kimidir. Digər tikinti şirkətlərindən fərqli olaraq kreditlər tək şəxsiyyət vəsiqəsilə, heç bir arayış tələb olunmadan verilir. İlkin ödəniş 20% ödənildikdə hər kv.m görə 20 AZN, 50% ödənildikdə isə 50 manat endirim olunur. Sevindirici haldır ki, artıq mənzillərin 60%-ə yaxını satılıb. Qrand Hayat yeganə bir layihədir ki, bu günkü bazarda çöl divarları belə müştərilərə satmırıq. Santexnika, fasad materialları xaricdən gətirilir. İstifadə olunan beton, sement isə öz yerli məhsullarımızdır. Zəmanət şirkətin adıdır. Bizə indiyə qədər hər hansı şikayətlə bağlı müraciət olunmayıb”.









