Azərbaycanlı gənc göldə boğuldu- - Rusiyada

azerbaycanli-genc-golde-boguldu-
Oxunma sayı: 1454


"Qafqazinfo" xəbər verir ki, gəncin yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.

Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.

Yaxınlarının dediyinə görə, Murad Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.

Murad Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.