2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
***
Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
***
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.
Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunur ki, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.
“Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq”, - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər