“Mən fəxr edirəm ki, azərbaycanlıyam” - Foto

men-fexr-edirem-ki-azerbaycanliyam
Oxunma sayı: 1545

“Biz bir Azərbaycan xalqı kimi öz çoxillik tariximizdə bəlkə də ən layiqli illəri məhz bu gün yaşayırıq. Bu ilk növbədə dahi insan Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən siyasətin nəticəsidir”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Səbail rayonunun 189-190 saylı orta məktəbbində təşkil olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam”mövzusunda ədəbi-bədii tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Səbail rayonunun bütün idarə, təşkilat və müəssisələrində, elm və təhsil ocaqlarında mərhum prezidentin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir. Eldar Əzizov Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Heydər Əliyevin həyat yolunun, zəngin irsinin bu günkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb.