Səidə Sultan brend geyən həmkarlarına daş atdı

seide-sultan-brend-geyen-hemkarlarina-das-atdi
Oxunma sayı: 682

Bu barədə “Qafqazinfo”ya məlumat verən müğənni geyim seçərkən onun üçün ucuz və bahalı qiymətdə olmasının fərq etmədiyini bildirib: “Əsas odur ki, həmin geyim mənə yaraşsın, yaraşdısa, alıram fərq etməz bahalı və ya ucuz. Heç elə şeylərə baxan deyiləm. Bəziləri çox deyir ki, ay mən brend geyinirəm, ucuz geyim almaram. Mən isə düşünürəm ki, səhnə adamı ucuz və bahalı geyimindən asılı olmayaraq fərqli və zövqlü geyinməlidir”.

Hazırda istirahətdə olduğunu deyən Səidə yeni sezonda yaradıcılığında bir sıra dəyişikliklər edəcəyini də diqqətimizə çatdırdı.

Aynur Babayeva