İcra başçısının oğlu qəzaya düşdü - - McDonalds-ın rəhbərinin oğlu öldü

-icra-bascisinin-oglu-qezaya-dusdu-
Oxunma sayı: 11560


Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb. 

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, məlumata görə, qəzada McDonalds - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan dünyasını dəyişib. Hadisə sentyabrın 27-də saat 18 radələrində baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində S. Mirzəyev ölüb, İ. Əsgərli, Pərvin Fətullayev və yük maşınının sürücüsü  Əhliman Qəhrəmanov yaralanıb.

Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb. McDonalds şirkəti də rəhbərlərinin övladını itirməsini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub. 

Hadisə nəticəsində hər iki sürücü yaralanıb, İ. Əsgərlinin vəziyyətinin ağır olduğu bildirilir.