1-ci kurs tələbəsi yolda yıxılıb öldü - Foto - Yenilənib

1-ci-kurs-telebesi-yolda-yixilib-oldu
Oxunma sayı: 2613

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib.

Onun ölümünün təfərrüatı barədə məlumat verilməyib.

***

Oxu.az-ın məlumatına görə, N.Hacıyeva yolda gedərkən yıxılıb və dünyasını dəyişib.