“10 il əvvəl bu deyilsəydi, şübhə ilə yanaşardıq” - Kalın

10-il-evvel-bu-deyilseydi-subhe-ile-yanasardiq
Oxunma sayı: 2761

“Ötən ilə qədər 30 ildir həll olunmayan Qarabağ probleminin necə həll ediləcəyi ilə bağlı heç kimin təsəvvürü yox idi, 44 günlük müharibə nəticəsində problem həll edildi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Heç kimin gözləmədiyi hadisə oldu. 10 il əvvəl “Türkiyə-Azərbaycan bir araya gələcək, Qarabağ məsələsi 44 günə həll ediləcək” deyilsəydi, böyük ehtimal hamımız buna şübhə ilə yanaşardıq. Elə bir imkan və şərtlər yarandı ki, Qafqazın əsas məsələsi qısa müddətdə həll oldu. Türk Hava Yolları İrəvana uçuşlara başladı. 30 il sonra Türkiyə ilə Ermənistan arasında artıq normallaşma prosesi gedir”, - Kalın bildirib.