10 yaşlı Nərmin torpağa tapşırıldı

10-yasli-nermin-torpaga-tapsirildi
Oxunma sayı: 6300

Bir neçə gün əvvəl meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.

"Qafqazinfo" xəbər verir ki, N. Quliyeva bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 2019-cu il noyabrın 21-də Nərminin atası Şərif Quliyev özünə məxsus gödəkçəni gətirmək üçün qızını qardaşının evinə göndərib. N. Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.