10 yaşlı qızın başına ağac düşdü

10-yasli-qizin-basina-agac-dusdu
Oxunma sayı: 2992

Sumqayıt şəhəri, 12-ci mikrorayonda, 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. 

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.