“102-ci hərbi bazanı ölkədən çıxarmaqla bağlı planımız yoxdur”

102-ci-herbi-bazani-olkeden-cixarmaqla-bagli-planimiz-yoxdur
Oxunma sayı: 654

Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planımız yoxdur

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Bazanın ölkədən çıxarılması ilə bağlı Moskvaya müraciət olunub-olunmaması barədə sualı cavablandıran Paşinyan belə bir təşəbbüslərinin olmadığını deyib:

“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olması ilə bağlı heç bir planımız, proqramımız, eləcə də heç bir sualımız yoxdur. Rusiya ilə aramızda sıx tərəfdaşlıq mövcuddur, iqtisadi və siyasi əlaqələr qurulub”.