“15 iyun Avropa turizmi üçün qurtuluş günüdür”

15-iyun-avropa-turizmi-ucun-qurtulus-gunudur
Oxunma sayı: 2448

“Koronavirus səbəbindən iyunun 15-dək bağlanan Avropa İttifaqı xarici sərhədlərinin açılması üçün çalışırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo “RAI” telekanalına açıqlamasında bildirib: “15 iyun Avropa turizmi üçün qurtuluş günüdür. Avropanın bütün ölkələrinin yenidən hərəkətə keçməsi üçün çalışırıq”.

O bildirib ki, Almaniya hökuməti də 15 iyundan etibarən turizmin açılmasını dəstəkləyir. O, bir müddətdir ki, razılıq əldə etməkdə çətinlik çəkdikləri Avstriya ilə də danışıqlara davam edəcəklərini söyləyib: “Avropa vətəndaşlarının İtaliyaya təhlükəsiz şəkildə gəlmələrini təmin etmək çox vacibdir. Otelçilik sektoruna və sahibkarlara kömək etmək üçün yay aylarında itkilərin qabağını almalıyıq”.

Qeyd edək ki, Avropa Komissiyasının COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi qərara əsasən, birliyin xarici sərhədləri iyunun 15-dək bağlı qalacaq.

Digər tərəfdən isə İtaliya 3 iyundan etibarən öz sərhədlərini Aİ ölkələrinə açmağa və Aİ vətəndaşlarının gəlməsi üçün 14 günlük karantin tələbini ləğv etməyə qərar verib.