15 nəfərin öldüyü təyyarə qəzasının başvermə anı - Video

15-neferin-olduyu-teyyare-qezasinin-basverme-ani
Oxunma sayı: 5892

Ötən il Qazaxıstanın Almatı şəhərində baş vermiş dəhşətli təyyarə qəzasının görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüdə sərnişin təyyarəsinin qarda sürüşdüyü və daha sonra binaya çırpıldığı görünür.

Xatırladaq ki, dekabrın 27-də Almatı-Nur-Sultan reysinin təyyarəsinin qəzaya düşməsi nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb.

Hava gəmisinin göyərtəsində ümumilikdə 93 sərnişin və 5 ekipaj üzvü olub.