16 il əvvəlki şəklini paylaşıb, eşqini elan etdi - Foto

16-il-evvelki-seklini-paylasib-esqini-elan-etdi
Oxunma sayı: 6507

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Petek Dinçöz 3-cü dəfə evlənib. O, iş adamı Nida Büyükbayraktar ilə ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkə hesabında 16 il əvvəlki şəklini paylaşaraq eşqini elan edib.

“Mən 17 yaşında, sən 26. Bir eşq hekayəsi…”, - deyə Dinçöz qeyd edib.

Qeyd edək ki, müğənni bir müddət öncə Serkan Kadıoğlu ilə 8 illik evliliyini bitirərək Amerikaya köçüb.