17 yaşlı oğlan dəm qazından öldü

17-yasli-oglan-dem-qazindan-oldu
Oxunma sayı: 5564

Qaxda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Qaxbaş kənd sakini, Rövşən Kamran oğlu Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov