2 rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

2-rayonun-bezi-erazilerinin-qaz-techizatinda-muveqqeti-fasile-yaranacaq
Oxunma sayı: 1798

Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin “Zirə-Şimal DRES” magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.