20 mininci qolun müəllifi 20 min funt-sterlinq qazanacaq

20-mininci-qolun-muellifi-20-min-funt-sterlinq-qazanacaq
Oxunma sayı: 652

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, turnirin rəsmi sponsoru olan “Barkleys” bu futbolçuya 20 min funt-sterlinq hədiyyə edəcək. Həmçinin bununla bağlı “Barkleys”in “Facebook” sosial şəbəkəsində konkurs elan edilib. Yubiley qolunun müəllifini düzgün proqnozlaşdıran şəxs İngiltərə çempionatında azarkeşlik etdiyi komandanın oyununu canlı izləmək imkanı qazanacaq.

Qeyd edək ki, 1992-ci ildən keçirilən premyer-liqada indiyədək 19964 top vurulub. Beləliklə, yubiley qoluna 36 top qalıb. Turnir tarixində ilk qolu isə “Şeffild Yunayted”in futbolçusu Brayan Din “Mançester Yunayted”in qapısından keçirib.

Ceyhun Əhmədov