20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş bağlanır

20-yanvar-dairesinden-ziya-bunyadov-prospektine-giris-baglanir
Oxunma sayı: 1685

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 16 və 17 may tarixlərində Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.