2021-ə 6 saat qalmış Bakı - Fotosessiya

2021-ə 6 saat qalmış Bakı
Oxunma sayı: 10082

Azərbaycan və dünya bu il Yeni ili pandemiya və sərt karantin şəraitində qarşılayır. Hazırda Bakıda da bayram əhval-ruhiyyəsi hiss olunmur. Şəhərdə müəyyən işıqlardan savayı, heç bir bayram simvolu quraşdırılmayıb. 

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun şəhərdən hazırladığı fotosessiyadan da görünür ki, paytaxt hazırda demək olar ki, boşdur, insanlar evlərə qapanıb, küçələrdə az sayda insan gözə dəyir. Əsasən paytaxtın mərkəzi Nizami küçəsində vətəndaşların hərəkətinə rast gəlinir. 

Karantin rejiminə uyğun olaraq market və apteklərdən başqa, mağaza, kafe restoranlar da işləmir.

Daxili İşlər Nazirliyi də vətəndaşlara kütləvi toplaşmamaq barədə xəbərdarlıq edib. SMS icazə sistemi tətbiq olunduğundan, sakinlər yalnız icazələr əsasında müəyyən məhdudiyyətlərlə küçəyə çıxa bilərlər. 

Həmin fotosessiyanı təqdim edirik: