24 yaşlı oğlan dənizdə batdı

24-yasli-oglan-denizde-batdi
Oxunma sayı: 2542

Bakıda 24 yaşlı oğlan dənizdə batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.