Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası bir neçə ildir yararsız vəziyyətdə qalıb.
Ərazidə yaşayan sakinlərin “Qafqazinfo”ya bildirdiyinə görə, 27 saylı poliklinikanın həyəti hasarlanıb və yanında çoxmərtəbəli bina tikilib. Sakinlər iddia edirlər ki, poliklinikanın yerləşdiyi ərazi satılıb. Onun da yerində yaxın vaxtlarda ya bina inşa olunacaq, ya da həmin ərazinin hesabına yeni tikilinin həyəti genişləndiriləcək.
Şikayətçilərin sözlərinə görə, 2018-ci ildən bəri təmir adı ilə bağlanan tibb müəssisəsinin başqa yerə köçməsi sakinlərin işini çətinləşdirib. Xüsusən, yaşlı insanlar ərazi baxımdan daha hündürdə yerləşən, 27 saylı poliklinikanın müvəqqəti olaraq köçdüyü 9 saylı poliklinikaya qalxa bilmədiklərini deyirlər.
Həmçinin oxuyun: Bura 4 il əvvəl poliklinika idi... - Fotolar
Sözügedən ittihamlarla bağlı Baş Səhiyyə İdarəsinə müraciət etdik və bu cavabı aldıq: “27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb. Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib”.
Gülnar Əliyeva
.jpg)


Son xəbərlər
Son Xəbərlər