“28 ildən sonra Şuşaya qayıtdım, gördüklərim böyük şok yaşatdı” - Fotolar

28-ilden-sonra-susaya-qayitdim-gorduklerim-boyuk-sok-yasatdi
Oxunma sayı: 6107

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Şuşa məscidindən fotolar paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, 68 yaşlı hərbi müxbir fotoları öz instaqram hesabında paylaşaraq bu fikirləri qeyd edib:

“Şuşa məscidi…

Şuşa, orada yaşayan və yaradan bir çox şair, yazıçı, musiqiçi, müğənni, sənətkarları ilə Azərbaycan mədəniyyətinin incisi idi.

Hər bir köhnə ev müasir Azərbaycan mədəniyyətini yaratmış məşhur qadın və kişilərin muzeyi, doğulduğu yeri, studiyası və yaradıcılıq məkanı idi. Orta əsr daş memarlığının şah əsəri.

1992-ci ilin may ayında şiddətli döyüşlərdən sonra şəhər erməni qüvvələrinin əlinə keçdi. Mən Şuşa döyüşünün son həftələrində iştirak edən yeganə fotoqraf idim.

28 ildən sonra geri qayıtdım, gördüyüm şey mənə böyük şok və kədər yaşatdı. Tarixi gözəl evlərin, muzeylərin, studiyaların, köhnə abidələrin, heykəllərin hamısı talan edilib və dağıdılıb, bəziləri isə yerlə yeksan edilib.

Məqsəd mədəni xatirələri məhv etmək və silməklə tarixi və mədəniyyəti silə bilmək idi.

Bütün muzeylərin və evlərin materiallarını, böyük ustaların musiqi alətlərini satmağa başladılar, sonra qapıları, pəncərələri, santexnika borularını, metal parçalarını belə satmağa davam etdilər, yalnız divarlar toxunulmaz qaldı.

17 məsciddən 15-ni yerlə bir etdilər. “Əşəqi Gövhər Ağa” məscidi tamamilə məhv olmaqdan xilas olan iki məsciddən biridir”.