“30 yaşım var, məni kim alacaq?” - Eks-sevgilisini məhkəməyə verən qız

30-yasim-var-meni-kim-alacaq
Oxunma sayı: 1031

Bakı sakini qeyri-adi iddia ilə müraciət edib. "Qafqazinfo" "XezerXeber.az-a istinadən xəbər verir ki, 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib. Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib. Ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib.

Qadın deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.
Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də hüquqlarının bərpa olunmasını istəyir.