32 yaşlı qadın bıçaqlandı - Həyat yoldaşı saxlanıldı - Yenilənib

32-yasli-qadin-bicaqlandi
Oxunma sayı: 3218

Beyləqanda qadın bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.

1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı bıçaq xəsarəti almış vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ü. Mahmudlunun tibbi heyətə mübahisə zəminində həyat yoldaşının ona xəsarət yetirdiyini dediyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb. Araşdırma aparılır.

Ziya Əmirxanlı