Daha bir itkin şəhidin nəşinin qalıqları tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, indiyədək itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilib.
Məlumata görə, vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində, şəhidin ata ocağında keçiriləcək. Daha sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər