42 dərəcə olacaq... - Hava ilə bağlı xəbərdarlıq

42-derece-olacaq
Oxunma sayı: 838

Bakıda və Abşeron yarımadasında iyulun 19-dan 23-dək havanın maksimal temperaturunun 34-38, bəzi yerlərdə  40 dərəcə isti olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. 

Bildirilir ki, Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı gözlənilir.  Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq.