45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı - Yenilənib

45-yasli-kisinin-qacirdigi-qiz-ailesine-qaytarildi
Oxunma sayı: 6885

Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.

***

Rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov Oxu.az-a bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcburi olaraq qaçırılıb: “Qaçırılan şəxs gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər - 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

Bələdiyyə sədri əlavə edib ki, onun yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

***

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 23 yaşlı qızın qaçırılması ilə bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq tədbirləri davam etdirilir.