Azərbaycanla Mərakəş arasında viza tələbi aradan qaldırıldı

azerbaycanla-merakes-arasinda-viza-telebi-aradan-qaldirildi
Oxunma sayı: 6344

Azərbaycanla Mərakəş arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşü çərçivəsində baş tutub.