Həmin ağır qəzada sərnişin belə xilas edildi - Video

hemin-agir-qezada-sernisin-bele-xilas-edildi
Oxunma sayı: 3138

Xəbər verdiyimiz kimi, bu gün Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, yaralanan 4 nəfərdən biri isə avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “NİSSAN” markalı minik avtomobili idarəetməni itirərək dərinliyi 30 metr olan dərəyə  aşıb.

Xilasedicilər qəzanın təsirindən dərəyə aşan avtomobildən kənara düşmüş 1995-ci il təvəllüdlü Həsənov Məhəmməd Binnət oğlunu dərədən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.