Şahruddin yenə ən yaxşı seçildi

sahruddin-yene-en-yaxsi-secildi
Oxunma sayı: 5242

Bu gün Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Matç adanalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin yenə oyunda 5 save edib. Bununla da 29 yaşlı qapıçı matçın ən yaxşısı seçilib.