47 yaşlı kişi bıçaqlandı

47-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 961

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 28-i gecə saatlarında qeydə alınıb. Xətai rayonunda 1973-cü il təvəllüdlü İlqar Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Qurban Abbasov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.