5 milyon ayrıldı

5-milyon-ayrildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, yerli və xarici qeyri-hökumət təşkilatları tərəfindən sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların ictimai fəallığının artırılması, seçki prosesinin şəffaflığının təmin olunması və digər istiqamətlərdə təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılsın.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində bu ərəncamla ayrılmış vəsaitin beş yüz min manatını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ştat vahidləri sayının və işçilərinin aylıq vəzifə maaşlarının artırılmasına yönəltsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.