5 şəhərdə qadağan olunmuş filmə- - Kütləvi axın

5-seherde-qadagan-olunmus-filme-
Oxunma sayı: 9314


“Qafqazinfo” BBC-ə istinadən xəbər verir ki, Stavropol vilayətinin Pyatiqorsk şəhərində kinoteatrlarda erotik dramanın nümayişinə qadağa qoyulmayıb.

Müsəlman çoxluğu yaşayan qonşu respublikalarda isə bu ayın əvvəlində həmin seksual məzmunlu filmin nümayişi qadağa edilmişdi.

Nəticədə filmə baxmaq istəyənlərin Pyatoqorska axını başlayıb, Regnum agentliyi xəbər verib.

Yerli kinoteatrların filmin qadağasına görə gəlirləri artıb.

Agentlik qonşu Qaraçay-Çərkəs respublikasından bloggeri iqtibas edərək filmə baxmaq üçün tamaşaçılar dolu avtobuslarıni Pyatiqorska yola düşməssini xəbər verib.

Şimali Qafqazın 7 şəhərindən 5-də "Bozun 50 çaları" filminin nümayişi yasaqlanıb.

Dağıstan Gənclər naziri Zaur Kurbanov "əxlaqsız filmə" baxmamaq çağırışı edib.