“55 il teatrda can qoyan aktyor bu gün kirayələrdə ölür” - Əməkdar artistin xanımı

55-il-teatrda-can-qoyan-aktyor-bu-gun-kirayelerde-olur
Oxunma sayı: 4793

Azərbaycan Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartal onkoloji xəstəlik səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib. Onun sözlərinə görə, hazırda Milli Onkologiya Mərkəzində yatan N. Qartal bağırsaq xərçəngindən əziyyət çəkir:

“Bir dəfə əməliyyat olundu. Vəziyyəti pisdir. Həkimlər deyir ki, 1-2 ay ya yaşayar, ya da yaşamaz, hazırlığınızı görün”.

Z. Əliyeva, həmçinin maddi sıxıntı çəkdiklərini, kirayədə yaşadıqlarını dilə gətirib:

“Evimiz yoxdur, kirayə qalırıq. Onun aldığı maaş bizi görmür. Bir ildir insult keçirib, indi də belə oldu. Bu adamın heç nəyi yoxdur, bir quru canıdır. Həkimlərə, dərmana verməyə pulum yoxdur. Özüm də işləmirəm, xəstə, insult keçirmiş adamam. Acınacaqlı vəziyyətdəyik”.

“55 il teatrda can qoyan aktyor bu gün kirayələrdə ölür. Aidiyyəti qurumlar hara baxır? Çox şikayət etmişik, cavab verən olmayıb. Heç 55 ilin də aktyorunun meyiti kirayədən götürülərmi?”, - deyə sənətkarın xanımı qeyd edib.

Hüseyn Məmmədsalahov