GTA VI-nın yeni görüntüləri yayımlandı

gta-vi-nin-yeni-goruntuleri-yayimlandi
Oxunma sayı: 231

Oyun həvəskarlarının aylardır həyəcanla gözlədiyi “Grand Theft Auto VI” (GTA VI) oyununun rəsmi təqdimatı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir sızdırılan qeyri-rəsmi görüntülərdən sonra “Rockstar Games” şirkəti nəhayət oyunun rəsmi nümayişini keçirib.

Görüntülər avqustun 27-də ilk olaraq “Netflix” platformasında, daha sonra isə “Rockstar Games”in rəsmi “YouTube” kanalında təqdim olunub.

Diqqətçəkən məqam isə nə “Rockstar Games”, nə də “Netflix”in rəsmi anonslarda “treyler” sözündən istifadə etməməsi olub. Şirkət gözlənilənlərin əksinə olaraq oyundan genişləndirilmiş kadrlardan ibarət xüsusi təqdimat nümayiş etdirib.

Qeyd edək ki, oyunun noyabrın 19-da gözlənilən rəsmi çıxışından əvvəl baş tutan nümayiş “CyberLeek” adı ilə tanınan böyük kiber-sızma qalmaqalının ardınca gerçəkləşib. Şəbəkəyə məxfi materialların və oyundaxili kadrların sızdırılmasından sonra şirkətin rəsmi addım ataraq bu təqdimatı reallaşdırdığı bildirilir.