86 yaşlı qadın qətlə yetirildi, oğlu saxlanıldı - Yenilənib

86-yasli-qadin-qetle-yetirildi-oglu-saxlanildi
Oxunma sayı: 4151

Ötən gün saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya Quba rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 19 radələrində Quba rayonu Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.