900 milyon rublu mənimsəmişdi, Dubaya uçarkən saxlanıldı

900-milyon-rublu-menimsemisdi-dubaya-ucarken-saxlanildi
Oxunma sayı: 2637

Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətinin (“Rosprirodnadzor”) sədrinin keçmiş müavini Oleq Mitvol saxlanılıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Mitvol Moskvanın “Vnukovo” hava limanında Dubaya uçmaq istəyərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O.Mitvol Krasnoyarskda metro inşası üçün ayrılan 900 milyon rubl həcmində vəsaiti mənimsəməkdə şübhəli bilinir.