ABŞ Bakı və İrəvana çağırış etdi

ABŞ Bakı və İrəvana çağırış etdi
Oxunma sayı: 2817

“ABŞ Bakı və İrəvanı hərtərəfli sülh sazişi bağlamaqla münasibətləri normallaşdırmağa çağırır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. 

Onun sözlərinə görə, ötən həftə dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə danışıqları zamanı ölkələr arasında sülh sazişi məsələsi qismən müzakirə olunub.

Prays qeyd edib ki, ABŞ Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir:

“Biz Azərbaycan və Ermənistanı diplomatik əlaqələri intensivləşdirməyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq və hərtərəfli sülh sazişi vasitəsilə münasibətlərini normallaşdırmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə çağırırıq”.

O qeyd edib ki, ABŞ öz növbəsində bu səylərdə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.