“ABŞ bunu gizlin edib”

abs-bunu-gizlin-edib
Oxunma sayı: 2538

ABŞ geniş mənzilli ATACMS əməliyyat-taktiki raketlərini gizli şəkildə Kiyevə təhvil verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi bildirib.

O, ABŞ-nin bu raketləri Amerika Prezidenti Co Baydenin göstərişi ilə gizli şəkildə Ukraynaya ötürdüyünü təsdiqləyib.

“Fevral ayında o, səssizcə öz milli təhlükəsizlik qrupuna ATACMS-i Ukraynaya göndərməyi əmr etdi”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu silahlar mart ayında açıqlanan hərbi yardım paketinə daxil edilib və aprel ayında Ukraynaya çatdırılıb.