ABŞ-da 59 milyondan çox insan erkən səs verib

abs-da-59-milyondan-cox-insan-erken-ses-verib
Oxunma sayı: 2515

ABŞ-da 59 milyondan çox vətəndaş noyabrda baş tutacaq seçkilər üçün erkən səsvermədə iştirak edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, müvafiq hesablamalar Florida Dövlət Universitetinin professoru Maykl Makdonald tərəfindən yaradılmış “United States Elections Project” portalında dərc edilib.

Portalın verdiyi məlumata görə, səsvermədə 59 035 218 vətəndaş iştirak edib. Erkən səsvermədə iştirak edənlərin sayına görə liderliyi Texas ştatı edir - 7 193 582 nəfər.

Daha sonra ardıcıl olaraq Kaliforniya (6 500 191), Florida (5 722 406), Şimali Karolina (3 100 374) ştatları gəlir. Corciya, Miçiqan, Viskonsin, Virciniya, İllinoys, Ohayo, Pensilvaniya, Tennessi, Nyu-Cersi, Arizona, Kolorado, Vaşinqton, Minnesota, Massaçusets ştatlarında isə 1 milyonu keçir.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının bütün 435 üzvü, 13 ştat və ərazi qubernatorları, həmçinin yerli hakimiyyət orqanları rəhbərləri seçiləcək. Prezident postu uğrunda respublikaçı Donald Tramp və demokrat Cozef Bayden mübarizə aparırlar.