ABŞ-ın Nevada ştatının qərbində 6,4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələ Qrinviç vaxtı ilə saat 11:03-də qeydə alınıb.
Zəlzələnin episentri Nevada ştatının Tonop şəhərindən 57 kilometr şimal-qərbdə, hiposentri 7,6 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində hər hansı tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər