ABŞ-da atışma oldu, yaralılar var

abs-da-atisma-oldu-yaralilar-var
Oxunma sayı: 868

Vaşinqtonda atışma olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin cənub-şərqində baş verib. Silahlı insident nəticəsində biri 13 yaşlı yeniyetmə olmaqla, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Atışmanın səbəbi və hadisəni törədənlərlə bağlı araşdırma aparılır.