ABŞ-da güclü zəlzələ - 5,8 bal

abs-da-guclu-zelzele
Oxunma sayı: 1039

ABŞ-ın Kaliforniya ştatında 5,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti  məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Ferndeyl şəhərindən 173 km qərbdə, 5,1 dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.