ABŞ-da qocalar evində koronavirusdan qaynaqlanan ölüm hallarının hesaba alınması ilə ümumi ölüm sayı 2 dəfə arta bilər.
“Qafqazinfo” “TRT”yə istinadən xəbər verir ki, bu barədə Boston Tibb Mərkəzinin həkimi dr. Tomas Perlz açıqlama verib. O bildirib ki, qocalar evi kimi müəssisələrdə statistik hesablamalarla bağlı problemlər var.
“Yalnız bir şəhərdə təxminən 25 min insan həyatını itirib. Yaxınlıqdakı şəhərləri və Nyu-Cersini də əhatə etsək, bu say daha da artacaq. Ancaq yalnız Nyu-York haqqında danışsaq və hazırda 30 minə yaxın insanın COVID-19 qurbanı olduğunu nəzərə alsaq, o zaman qocalar evlərində ölənləri yaxşı saysalar, qurbanların sayı 60 minə qədər artacaq”, - deyə Perlz qeyd edib.
Onun sözlərinə görə, xəstəxanalara köçürülməkdən imtina edən çox sayda yaşlı insan qocalar evlərində dünyasını dəyişir. “Xəstəxanalarda ölənlərin sayı olduqca yaxşı hesablanır, bəlkə də bu sayları daha vacib hesab edirlər. Ancaq qocalar evində xəstəxanalarda ölmək və ya yaşadıqları yeri ümumiyyətlə tərk eləmək istəməyən bir çox yaşlı və xəstə insanlar var”, - deyə o, sözlərinə əlavə edib.
Son xəbərlər
Son Xəbərlər