ABŞ Milli Qvardiyasına məxsus helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz məlumat yayıb.
O bildirib ki, “AH-64 Apache” helikopteri Missisipi ştatında qəza edib:
“Təəssüf ki, göyərtəsində olan iki ekipaj üzvü həlak olub”.
Hadisə ilə bağlı araşdırma aparılır.