ABŞ-dən 17 il sonra ilk

abs-den-17-il-sonra-ilk
Oxunma sayı: 2533

ABŞ 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.

Qeyd olunub ki, bir neçə B61-12 termonüvə bombası Kral Hərbi Hava Qüvvələrinin Saffolkdakı Leykenhit hərbi hava bazasına köçürülüb.

Bildirilib ki, bundan əvvəl Soyuq Müharibə dövründə ABŞ-nin nüvə silahları Leykenhit bazasında yerləşirdi. 2008-ci ildə oradan bütün silahlar çıxarılıb.